Telegram Group Search
🔴 Ayətullah Seyid Əli Sistani (h)

م 320: من الأمور التي دعت إليها الشريعة الإسلامية وحثت عليها، مسألة الاهتمام بأمور المسلمين،
فقد قال رسول الله (ص) من أصبح ولم يهتم بأمور المسلمين فليس بمسلم.
وقال (ص) أيضا من أصبح لا يهتم بأمور المسلمين فليس منهم.

📃 İslam şəriətin çağırdığı və təşviq etdiyi işlərdən biri də, müsəlmanların işlərinə əhəmiyyət vermək mövzusudur.

📋 Allahın Rəsulu (s) buyurub: Hər kim müsəlmanların işinə əhəmiyyət verməsə, müsəlman deyil.
📋 Həmçinin o (s) buyurub: Kim müsəlmanların işlərinə laqeyd qalsa, onlardan (müsəlmanlardan) deyil.

📚 "Əl-fiqhu lil-muğtəribin", səh.223.

https://www.tg-me.com/Məzhəbus Sadiq/com.mezhebus_sadiq
قال رسول الله - صلى الله عليه و آله.
إِنَّ الْغَيْرَةَ مِنَ الْإِيمَانِ
(من لا يحضره الفقيه, جلد ۳ صفحه ۴۴۴)

📋 Muhəmməd Peyğəmbər (s) buyurur:

“Qeyrət imandandır (imanın bir hissəsidir)”.

📚 Şeyx Səduq, “Mən la yəhzuruhul fəqih”, c.3, səh.444, hədis 4541.

🔺Qeyd:
Qeyrət sözü ərəb dilində insanın öz yaxınlarını, əzizlərini qoruması, onları himayə etməsi mənasındadır. Buna görə də hədislərdə adətən kişinin öz yaxınlarından və əzizlərindən olan qarşı cinsin iffətini qorumağa çalışması mənasında işlənir. İmam Baqirin (ə) "Allah qeyrəti kişilər üçün qərar verib, qadınlar üçün yox" - (eyni mənbə, hədis 4543) hədisi də son qeyd edilən mənanı nəzərdə tutur.

https://www.tg-me.com/Məzhəbus Sadiq/com.mezhebus_sadiq
عَنْ أَبِي عَبْدِ اللَّهِ عَلَيْهِ السَّلَامُ أَنَّهُ قَالَ:

مَنِ اسْتَوَى يَوْمَاهُ فَهُوَ مَغْبُونٌ
وَ مَنْ لَمْ يَرَ الزِّيَادَةَ فِي نَفْسِهِ فَهُوَ إِلَى النُّقْصَانِ وَ مَنْ كَانَ إِلَى النُّقْصَانِ فَالْمَوْتُ خَيْرٌ لَهُ مِنَ الْحَيَاةِ.

معاني الأخبار, جلدا, صفحه ٣٤٢

📋 İmam Cəfər Sadiq (ə) mötəbər sənədli hədisdə buyurub:

İKİ GÜNÜ EYNİ (BƏRABƏR) OLAN ŞƏXS ZƏRƏR İÇİNDƏDİR.

Özündə artım görməyən şəxs naqisliyə doğru gedir. Naqisliyə doğru gedən şəxs üçün isə ölmək yaşamaqdan daha xeyirlidir.

📚 Şeyx Səduq, “Məanil-əxbar”, c.1, səh.342.

https://www.tg-me.com/Məzhəbus Sadiq/com.mezhebus_sadiq
🏴 Əssəlamu Ələl-Huseyn
🏴 Və əla Əliyyibnil-Huseyn
🏴 Və əla Əvladil-Huseyn
🏴 Və əla Əshabil-Huseyn
#Su #içmək #İmam #Hüseyn #ədəb
https://www.tg-me.com/Məzhəbus Sadiq/com.mezhebus_sadiq
📋 İmam Rza (ə) səhabələrindən birinə duanın gec qəbul olması barədə buyurduğu hədisdə belə deyir:

“Mənə xəbər ver görüm, sənə bir söz desəm, mənə inanarsan?
– Səhabə dedi: "Sənə fəda olum, əgər sənə inanmasam, o zaman kimə inanım? Axı sən Allahın yaratdıqları üzərində təyin etdiyi höccətsən".
– İmam (ə) buyurdu: “O zaman Allaha daha çox inan. Çünki O sənə vədə verib. Məgər Allah buyurmayıbmı ki,
● (Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm". (Bəqərə, 186)

📌 Həmçinin buyurub: "Allahın rəhmətindən ümidsiz olmayın". (Zümər, 53)

📌 Həmçinin buyurub: "Allah sizə bağışlanmaq və bərəkət vədəsi verir". (Bəqərə, 268)

🔺Buna görə də Allaha başqalarına inandığından daha çox inan. (Onun barədə) yalnız xeyirli düşüncədə ol. Çünki o sizə rəhm edəndir”.

📚 Şeyx Kuleyni, “əl-Kafi”, c.2, səh.489.

https://www.tg-me.com/Məzhəbus Sadiq/com.mezhebus_sadiq
Sual:
Nə üçün Quranda İmamlarımızın (ə) adları yoxdur? İmam Sadiq (ə) bu suala cavab verir!

#Quran #əhlibeyt #ad #çəkilmə

https://www.tg-me.com/Məzhəbus Sadiq/com.mezhebus_sadiq
📋 İmam Əli (ə) buyurur:

من وضع نفسه مواضع التهمة فلا يلومن من أساء به الظن.

“Kim özünü ittiham mövqeyinə qoyursa, onun haqqında pis düşünənləri qınamasın”.

📚 “Nəhcül-bəlağə”, c.2, səh.184.
📚 “Biharul-ənvar”, c.72, səh.91.

https://www.tg-me.com/Məzhəbus Sadiq/com.mezhebus_sadiq
2024/07/23 00:41:25
Back to Top
HTML Embed Code: